Bankçılıq
160

Azərbaycanda 6 bankın qiymətli kağızlara investisiyaları azalıb

Azərbaycanda 6 bankın qiymətli kağızlara investisiyaları azalıb

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-nin aktivlərində son 1 ildə qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 6-da fond bazarında investisiyaların illik dinamikası mənfi olub.

"Renkinq" xəbər verir ki, həmin banklar "Yapı Kredi Bank Azərbaycan", "Unibank", "AFB Bank", "Rabitəbank", "Nikoyl Bank" və "Turan Bank"dır. Ən çox azalma "Turan Bank"da (61,2%), ən az azalma isə " Yapı Kredi Bank Azərbaycan"da (27,8%) qeydə alınıb.

3 bankda - "Atabank", "Zıraat Bank Azərbaycan" və "Bank BTB"də qiymətli kağızlara investisiyalar dəyişməyib.

13 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "Bank of Baku", "Access Bank", "Express Bank", "Bank Respublika", "Kapital Bank", "PAŞA Bank", "Azər-Türk Bank", "Bank Avrasiya", Pakistan və İran Milli Banklarının Bakı filialları, "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı" və "Bank VTB Azərbaycan"dır. Ən yüksək dinamika "Bank of Baku"da (8 dəfə), ən aşağı dinamika isə "Bank VTB Azərbaycan"da (1,3%) qeydə alınıb.

8 bank - "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər