Bankçılıq
164

Azərbaycanda 4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur

Azərbaycanda 4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

"Renkinq" xəbər verir ki, bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.

Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manardan çoxdur. Bunlar "PAŞA Bank" (1 293,902 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 191,575  milyon manat), "Kapital Bank" (698,324 milyon manat) və "Xalq Bank" (185,088 milyon manat). 

Qiymətli kağızlara investisiyaların məbləği 14 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər