Qeyri-bankçılıq
127

Azərbaycanda 2 BOKT-a lisenziya verilib

Azərbaycanda 2 BOKT-a lisenziya verilib

Maliyyə Bazarlarına Nəzarət Palatası "MJ Financial Services" və "Aset Maliyyə Texnologiyaları" MMC-lərə bank olmayan kredit təşkilatı (BOKT) kimi fəaliyyət göstərmək üçün lisenziya verib. 

"Renkinq" xəbər verir ki, bununla da Azərbaycanda BOKT-ların sayı 43-dən 45-ə çatıb. 

Xatırladaq ki, "MJ Financial Services" 2019-cu ildə, "Aset Maliyyə Texnologiyaları" isə 2017-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 300 010 manat və 300 000 manat, qanuni təmsilçiləri isə Mədəd Nadir oğlu Rüstəmov və Xosrov Fikrət oğlu Axundovdur. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər