İnvestisiya
86

Dünyanın ən varlı 10 insanı bir günə 14 milyard dollardan çox pul itirib

Dünyanın ən varlı 10 insanı bir günə 14 milyard dollardan çox pul itirib

ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması dünyanın ən varlı 10 insanının bir günə 14 milyard dollardan çox pul itirməsi ilə nəticələnib.

"Renkinq" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onlara məxsus şirkətlərin səhmlərinin ucuzlaşmasıdır.

Ən böyük itki ilə ABŞ-ın transmilli texnologiya şirkəti - "Amazon"un sahibi Cef Bezos üzləşib - 3,25 milyard dollar.

Dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook"un sahibi Mark Zükerberq, texnologiya nəhəngi "Microsoft"un sahibi Bil Qeyts, məşhur axtarış sisemi "Google-Alphabet"in sahibləri Larri Peyc və Sergey Brin, digər texnologiya nəhəngi "Oracle"ın sahibi Larri Ellison, eləcə də investisiya şirkəti "Berkshire Hathaway"in sahibi Uorren Baffet isə 1,3-1,8 milyard dollar arasında itkiyə məruz qalıblar. 

Bölmədən olan bütün xəbərlər