Sığorta
138

"Günay Sığorta" tütün istehsalçısını məhkəməyə verib

"Günay Sığorta" ASC "İnter Tobakko" MMC-ni məhkəməyə verib.

"Renkinq" xəbər verir ki, sığorta şirkəti tütün istehsalçısından subroqasiya qaydasında pul tələb edir.

İşlə bağlı cavabdeh qismində fiziki şəxs Məmməd Qədir oğlu Əhmədov da çıxış edir. İlkin instansiya məhkəməsindən keçmiş iddiaya hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Zaur Əliyevdir.

Xatırladaq ki, "İnter Tobakko" 2006-cı ildə Azərbaycan şimal-qərb bölgəsində (Balakən, Zaqatala, Qax, Şəki) tütün istehsalı məqsədi ilə yaradılıb. Şirkət "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən götürdüyü kreditləri vaxtında qaytarmadığı üçün onun əmlakları müsadirə edilərək dövlətə məxsus "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə verilib. Daha sonra Korporasiya həmin əmlakların bazasında "Azərtütün" MMC-ni yaradıb.

Könül Hüseynova

Bölmədən olan bütün xəbərlər