Sığorta
384

Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası avqustun 29-30-da sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiya keçirəcək.

"Renkinq" Palata istinadən xəbər verir ki, attestasiya “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən keçiriləcək.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Bölmədən olan bütün xəbərlər