Bankçılıq
322

Azərbaycanda 8 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb

Azərbaycanda 8 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il iyulun 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 8-də müsbət, 8-də isə mənfi dinamika müşahidə edilib.

"Renkinq" xəbər verir ki, Mərkəzi Bankdakı vəsaitləri azalmış banklar "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Atabank", Pakistan Milli Bankının Bakı filialı, "Kapital Bank", "Nikoyl Bank" və "Zıraat Bank Azərbaycan"dır. Ən az azalma "Access Bank"da (8,4%), ən çox azalma isə "Zıraat Bank Azərbaycan"da (78,8%) qeyd alınıb.

Qalan 8 bankın Mərkəzi Bankdakı vəsaitləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "Yapı Kredi Bank Azərbaycan"da (3,1 dəfə), ən aşağı dinamika isə "Premium Bank"da (13,6%) qeydə alınıb.

Mərkəzi Bankdakı vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB" "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.

Bölmədən olan bütün xəbərlər