Bankçılıq
150

Azərbaycanda 5 bankın Mərkəzi Bankdakı vəsaitləri 40 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın Mərkəzi Bankdakı vəsaitləri 40 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il iyulun 1-nə Mərkəzi Bankdakı vəsaitlərinin məbləği barədə məlumat verib ki, bunlardan da 5-də sözügedən göstərici 40 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, həmin banklar "Kapital Bank" (262,77 milyon manat), "Naxçıvan Bank" (100,529 milyon manat), "Xalq Bank" (74,584 milyon manat), "Yapı Kredi Bank Azərbaycan" (48,365 milyon manat) və "Access Bank"dır (48,055 milyon manat).

Qalan 11 bankdan 6-da sözügüdən göstərici 10-40 milyon manat arasında, 5 bankda isə 1-10 milyon manat arasındadır.

Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB" "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.

Bölmədən olan bütün xəbərlər