Qeyri-bankçılıq
137

"FİNKA Azərbaycan" BOKT ötən ili mənfəətlə başa vurub

"FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 142 min manat xalis mənfəətlə başa vurub.

"Renkinq" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 99,2% azdır.

Ötən il "FİNKA Azərbaycan"ın gəlirləri 1,001 milyon manat, o cümlədən faiz gəlirləri 967 min manat, qeyri-faiz gəlirləri 34 min manat, xərcləri 5,627 milyon manat, o cümlədən faiz xərcləri 962 min manat, qeyri-faiz xərcləri 4,665 milyon manat, xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 4,468 milyon manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 300 min manat təşkil edib.  

Bu il yanvarın 1-nə "FİNKA Azərbaycan"ın aktivləri 8,344 milyon manat olub ki, bu da illik müqayisədə 61% azdır. Bunun 3,828 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 70,6% kiçilib.

Hesabat dövründə "FİNKA Azərbaycan"ın öhdəlikləri 95% azalaraq 736 min manata başa düşüb, balans kapitalı isə 15% artaraq 7,608 milyon manata, o cümlədən nizamnamə kapitalı 29,25% artaraq 3,756 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər