Büdcə
98

Azərbaycanın xarici dövlət borcu 7% azalıb

Azərbaycanın xarici dövlət borcu 7% azalıb

Azərbaycanın xarici dövlət borcu bu il iyulun 1-nə 8,92 milyard ABŞ dolları təşkil edib.

"Renkinq" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,1% azdır.

Son 1 ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 21,9%-dən 19%-ə düşüb.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir. Borc beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Bölmədən olan bütün xəbərlər