Bankçılıq
207

Azərbaycanda 5 bankın nağd vəsaitləri 40 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın nağd vəsaitləri 40 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il iyulun 1-nə nağd vəsaitlərinin məbləği barədə məlumat verib ki, bunlardan da 5-də sözügedən göstərici 40 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, həmin banklar "Kapital Bank" (437,153 milyon manat), "Xalq Bank" (74,974 milyon manat), "Bank Respublika" (60,494 milyon manat), "AFB Bank" (49,267 milyon manat) və "Access Bank"dır (41,292 milyon manat).

Qalan 17 bankdan 12-də nağd vəsaitlər 10-40 milyon manat arasında, 4 bankda 1-10 milyon manat arasında, 1 bankda - Pakistan Milli Bankının Bakı filialında isə 1 milyon manatdan azdır.

Nağd vəsaitlərinin məbləğini açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.

Bölmədən olan bütün xəbərlər