Sığorta
69

Rusiyada icbari avtosığorta üzrə yığımlar azalıb, ödənişlər artıb

Rusiyada icbari avtosığorta üzrə yığımlar azalıb, ödənişlər artıb

Bu ilin yanvar-iyul aylarında Rusiyada avtomobllərin icbari sığortası üzrə orta sığorta haqqı 5 370 rubl (təxminən 140 manat) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% azdır.

"Renkinq" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Avtomobil Sığortaçıları İttifaqı məlumat yayıb.

Məlumata görə, son 1 ildə avtomobillərin icbari sığortası üzrə orta sığorta ödənişi isə 4,3% artaraq 66 900 rubla (təxminən 1 730 manat) çatıb.

Bölmədən olan bütün xəbərlər