İnvestisiya
302

"Rosneft"in səhmləri bahalaşıb

Rusiyanın aparıcı neft şirkəti - "Rosneft"in səhmləri 1,5% bahalaşıb.

"Renkinq" Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda Moskva birjasında qiymətli kağızlar 414 rubla (10,6 manat) realizə edilib.

"Rosneft"in dəyər qazanması şirkətin bu ilin I yarısı ilə bağlı maliyyə göstəricilərindən açıqlamasından sonra baş verib. 2019-cu ilin yanvar-iyun aylarında Rusiyanın neft istehsalçısı 325 milyard rubl (8,32 milyard manat) mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% çoxdur. Şirkətin Direktorlar Şurası bunun yarısının səhmdarlara dividend kimi ödənilməsinə qərar verib. Bu isə hər səhmə 15,34 rubl (0,39 manat) dividend deməkdir.

Bölmədən olan bütün xəbərlər