Bankçılıq
154

Azərbaycanda 5 bankın mənfəət vergisi ödəmələri artıb

Azərbaycanda 5 bankın mənfəət vergisi ödəmələri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu ilin yanvar-iyun aylarında ödədiyi mənfəət vergisi ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Premium Bank", "Xalq Bank", "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan" və "Kapital Bank"dır. Ən yüksək dinamika "Premium Bank"da (2,8 dəfə), ən aşağı dinamika isə "Kapital Bank"da (75,1%) qeydə alınıb.

2 bankın - "Zıraat Bank Azərbaycan" və "Azərbaycan Beynəlxalq Bankı"nın isə mənfəət vergisi ödəmələri azalıb. Müvafiq olaraq 81,9% və 100%.

2 bank - "Bank of Baku" və "Unibank" bu ilin I yarısında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, bu bankların mənfəət vergisi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

2 bank - İran Milli Bankının Bakı filialı və "PAŞA Bank" isə bu ilin yanvar-iyun aylarında mənfəət vergisi ödəmələrinə qənaət edib, ötən ilin eyni dövründə isə etməyib (sonuncu vergi ödəyib). Odur ki, bu bankların mənfəət vergisi ödəmələri üzrə qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 19 bankın isə son 1 ildə mənfəət vergisi üzrə ödəmələri və yaxud qənaəti qeydə alınmayıb. Odur ki, həmin bankların da maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər