Digər
74

Özbəkistan "Üzən məzənnə" rejiminə keçib

Özbəkistan

Özbəkistan Mərkəzi Bankı "üzən məzənnə" rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib.

"Renkinq" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun sədri Mamarizo Nurmuratov məlumat verib.

Beləliklə, bundan sonra özbək somunun məzənnəsini valyuta bazarı iştirakçıları müəyyən edəcək və bu məsələdə tənzimləyici qurumdan asılı olmayacaqlar. Xatırladaq ki, indiyə qədər qüvvədə olan qaydaya görə, xarici valyutanın alış və satış məzənnələri rəsmi məzənnədən maksimum 5% fərqlənə bilərdi.

Bölmədən olan bütün xəbərlər