İnvestisiya
146

“Bakı Fond Birjası”nın dövriyyəsi 14% artıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 14% artıb

Bu ilin yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 682,804 milyon manat təşkil edib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% çoxdur. 

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 6,9% artaraq 2 940-a çatıb. 

BFB-nin dövriyyəsinin 87,4%-i və yaxud 7 585,217 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu illik müqayisədə 15,3% çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 20,05% azalaraq 406,063 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 37,5% artaraq 691,524 milyon manat olub. 

Bölmədən olan bütün xəbərlər