Sığorta
80

"Rəvan Sığorta" bu ilin I yarısını mənfəətlə başa vurub

"Rəvan Sığorta" ASC bu ilin I yarısını 445 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 66 min manat zərərlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, yanvar-iyun aylarında "Rəvan Sığorta"nın gəlirləri 1,115 milyon manat, xərcləri isə 670 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Rəvan Sığorta"nın aktivləri 16,037 milyon manat olub ki, bu da illik müqayisədə 10% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 34,7% artaraq 2,918 milyon manata, balans kapitalı isə 5,7% artaraq 13,119 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər