Sığorta
111

Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır

Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır

Prezident İlham Əliyev Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsinin yaradılması haqqında fərman imzalayıb.

"Renkinq" xəbər verir ki, fərmana əsasən, Fondun ilkin nizamnamə kapitalının formalaşdırılması üçün bu il dövlət büdcəsindən 1 milyon manat ayrılacaq.

2020-ci ildə bu rəqəm 6 milyon manata, 2021-ci ildə 9 milyon manata çatdırılacaq.

Fondun fəaliyyətinə Kənd Təsərrüfatı Nazirliyinin 2, Maliyyə Nazirliyinin 1, Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 və fermerlər assosiasiyasının 1 nümayəndəsindən, ümumilikdə 5 nəfərdən ibarət Himayəçilik Şurası nəzarət edəcək. Şuranın sədri Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi olacaq. Şura üzvləri ictimai əsaslarla işləyəcəklər.

Bölmədən olan bütün xəbərlər