Sığorta
86

Azərbaycanda sığorta agenti işləmək istəyən 6 nəfərə lisenziya verilib, 1 nəfərin lisenziyası bərpa edilib

Azərbaycanda sığorta agenti işləmək istəyən 6 nəfərə lisenziya verilib, 1 nəfərin lisenziyası bərpa edilib

“Sığorta fəaliyyəti haqqında” qanuna və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinə əsasən, qurumun təşkil etdiyi attestasiyadan müvəffəqiyyətlə keçmiş 6 nəfərə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

"Renkinq" Palataya istinadən xəbər verir ki, bunlar Manafov Firuz Sabbar oğlu, Babayev Coşqun Səxavət oğlu, Musayev Ədnan Yusif oğlu, Qurbanlı Qurban Əfqan oğlu, Məcnunov Müşviq Əhmədalı oğlu və Mustafayev Adil İmran oğludur.

Bundan başqa, Əliyeva Səriyyə Rasim qızına sığorta agenti fəaliyyətinə verilmiş 5 oktyabr 2018-ci il tarixli lisenziyanın qüvvəsi bərpa edilib.

Bölmədən olan bütün xəbərlər