Bankçılıq
228

Azərbaycanda 12 bank gömrük xidməti göstərir

Azərbaycanda 12 bank gömrük xidməti göstərir

Dövlət Gömrük Komitəsinin reyestrinə 12 bank daxildir.

Bu barədə "Renkinq" Komitəyə istinadən xəbər verir.

Məlumata görə, həmin banklar "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Xalq Bank", "Kapital Bank", "PAŞA Bank", "Premium Bank", "Rabitəbank", "Unibank",  "Azər-Türk Bank", "Bank Avrasiya", "Bank BTB" və "Yapı Kredi Bank Azərbaycan" ASC-lərdir.

Adları çəkilən kredit təşkilatlarından ilk 8-də bir zəmanətin maksimal məbləği 1 milyon ABŞ dolları, eyni zamanda verilən zəmanətlərin maksimal məbləği isə 2 milyon dollar təşkil edir. Qalan 4 bank üzrə isə sözügedən məbləğlər müvafiq olaraq 250 min dollar və 500 min dollardır.

Bölmədən olan bütün xəbərlər