Sığorta
83

"Standard Insurance" Sığorta Şirkəti bu ilin I yarısını mənfəətlə başa vurub

"Standard Insurance" Sığorta Şirkəti ASC bu ilin I yarısını 283 min manat mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 375 min manat zərərlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, yanvar-iyun aylarında "Standard Insurance"in gəlirləri 5,164 milyon manat, xərcləri isə 4,881 milyon manat təşkil edib. Sığorta şirkəti mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Standard Insurance"in aktivləri 15,353 milyon manat olub ki, bu da illik müqayisədə 6,85% çoxdur. Hesabat dövründə sığorta şirkətinin öhdəlikləri 16,75% artaraq 9,88 milyon manata çatıb, balans kapitalı isə 7,3% azalaraq 5,474 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər