Büdcə
79

Azərbaycanda orta aylıq pensiya 6% artıb

Azərbaycanda orta aylıq pensiya 6% artıb

Bu ilin I yarısında Azərbaycanda pensiya və müavinətlərə 1 854,8 milyon manat xərclənib.

"Renkinq" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur.

Həmin məbləğin 97,7%-ni pensiya xərcləri təşkil edib.

İyulun 1-nə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda 1 291,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13%-ni təşkil edir. Onların 58,4%-i yaşa, 30%-i əlilliyə, 11,6%-i isə ailə başçısını itirməyə görə pensiya alır.

Son 1 ildə ölkədə orta aylıq pensiya 6% artaraq 232,3 manata çatıb və orta aylıq əmək haqqının 39,7%-nə bərabər olub.

Bu il martın 1-dən Azərbaycanda minimum pensiya 44 manat və yaxud 37,9% artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Oktyabrı 1-dən isə bu məbləğ daha 40 manat və yaxud 25% artırılaraq 160 manatdan 200 manata çatdırılacaq.

Bölmədən olan bütün xəbərlər