Qeyri-bankçılıq
89

"Merkuri" BOKT ötən ili mənfəətlə başa vurub

"Merkuri" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 64 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 7 min manat xalis zərərlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, ötən il "Merkuri"nin gəlirləri 1,271 milyon manat, o cümlədən faiz gəlirləri 1,063 milyon manat, qeyri-faiz gəlirləri 208 min manat, xərcləri 1,204 milyon manat, o cümlədən faiz xəcləri 418 min manat, qeyri-faiz xərcləri 786 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 12 min manat, mənfəət vergisi ödəmələri isə 14 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "Merkuri"nin aktivləri 3,493 milyon manat olub ki, bu da illik müqayisədə 25,5% çoxdur. Bunun 3,126 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 25,85% böyüyüb.

Hesabat dövründə "Merkuri"nin öhdəlikləri 32,1% artaraq 2,654 milyon manata, balans kapitalı isə 8,3% artaraq 838 min manata çatıb.

Bölmədən olan bütün xəbərlər