İnvestisiya
99

"İnvest-AZ İnvestisiya Şirkəti" bu ilin I yarısını zərərlə başa vurub

"İnvest-AZ İnvestisiya Şirkəti"  QSC bu ilin I yarısını 256 min manat xalis zərərlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 889 min manat xalis mənfəətlə çıxmışdı. 

"Renkinq" xəbər verir ki, yanvar-iyun aylarında "İnvest-AZ"ın əməliyyat gəlirləri 1,474 milyon manat, əməliyyat xərcləri 1,725 milyon manat, məzənnə fərqindən zərəri 0,007 milyon manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 0,001 milyon manat təşkil edib. 

Bu il iyulun 1-nə "İnvest-AZ"ın aktivləri 10,933 milyon manat olub ki, bu da illik müqayisədə 13,8% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 24,45% artaraq 8,934 milyon manaa, balans kapitalı isə 19,7% azalaraq 1,999 milyon manat, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 1,6 milyon manat təşkil edib.

Bölmədən olan bütün xəbərlər