Büdcə
96

ABŞ digər ölkələrə yardımlarını 4 milyard dollardan çox azaldır

ABŞ digər ölkələrə yardımlarını 4 milyard dollardan çox azaldır

ABŞ prezidenti Donald Trampın administrasiyası digər ölkələrə yardımların 4,4 milyard dollar azaldılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.

"Renkinq" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Sənədə əsasən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xətti ilə yardımlar 2,4 milyard dollar, Dövlət Departamentinin xətti ilə yardımlar isə 2 milyard dollar azaldılacaq.

Layihənin ABŞ Konqresinə gələn həftə göndəriləcəyi bildirilir. Konqresmenlər 45 gün ərzində ya sənədi təsdiqləməli, ya da ondan imtina etməlidirlər.

Bölmədən olan bütün xəbərlər