Büdcə
86

Azərbaycan iqtisadiyyatı 2,5% böyüyüb

Azərbaycan iqtisadiyyatı 2,5% böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 44 473,1 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul istehsal edilib.

"Renkinq" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən ÜDM 4 499,5 manata bərabər olub.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3%, sənayedə 3,3%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6%, digər xidmət sahələrində 1,7% artıb, tikintidə isə 9,1% azalıb.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3%, neft-qaz sektorunda isə 1,9% artıb.

Bölmədən olan bütün xəbərlər