Qeyri-bankçılıq
94

"Qafqaz Lizinq" bu ilin I yarısını zərərlə başa vurub

"Qafqaz Lizinq" ASC bu ilin I yarısını 21 min manat zərərlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 35 min manat mənfəətlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, yanvar-iyun aylarında "Qafqaz Lizinq"in gəlirləri 14 min manat, xərcləri isə 34 min manat təşkil edib.

Bu il iyulun 1-nə "Qafqaz Lizinq"in aktivləri 647 min manat olub ki, bu da illik müqayisədə 15,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri təxminən 25% azalaraq 12 min manata, balans kapitalı isə 15,3% azalaraq 636 min manata, o cümlədən nizamnamə kapitalı 79,4% azalaraq 660 min manata düşüb. 

Bölmədən olan bütün xəbərlər