Qeyri-bankçılıq
93

"Effektinvest" BOKT ötən ili mənfəətlə başa vurub

"Effektinvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 29 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 155 min manat xalis zərərlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, ötən il "Effektinvest"in gəlirləri 247 min manat, o cümlədən faiz gəlirləri 105 min manat, qeyri-faiz gəlirləri 142 min manat, xərcləri 187 min manat, o cümlədən faiz xərcləri 42 min manat, qeyri-faiz xərcləri 145 min manat, xüsusi ehtiyatlara ayırmaları 24 min manat, mənfəət vergisi ödəmələri isə 7 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "Effektinvest"in aktivləri 5,014 milyon manat olub ki, bu da illik müqayisədə 95,8% çoxdur. Bunun 4,202 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 2,3 dəfə böyüyüb.

Hesabat dövründə "Effektinvest"in öhdəlikləri 2,3 dəfə artaraq 4,138 milyon manata, balans kapitalı isə 12% artaraq 876 min manata çatıb.

Bölmədən olan bütün xəbərlər