Bankçılıq
160

Azərbaycanda 6 bankın qeyri-faiz xərcləri azalıb

Azərbaycanda 6 bankın qeyri-faiz xərcləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Amrah Bank", İran Milli Bankının Bakı filialı, "Bank VTB Azərbaycan" və "Atabank"dır. Ən az azalma " Yapı Kredi Bank Azərbaycan"da (4,7%), ən çox azalma isə "Atabank"da (14,9%) qeydə alınıb.

1 bankın - "Premium Bank"ın qeyri-faiz xərcləri demək olar ki, dəyişməyib.

Qalan 23 bankın isə qeyri-faiz xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Nikoyl Bank"da (45,2%), ən aşağı dinamika isə "AFB  Bank"da (0,8%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər