Bankçılıq
169

Azərbaycanda 4 bankın qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur

Azərbaycanda 4 bankın qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur.

"Renkinq" xəbər verir ki, bunlar "Kapital Bank" (96,632 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (72,154 milyon manat),  "Bank of Baku" (44,429 milyon manat) və  "PAŞA Bank"dır (43,673 milyon manat).

Qalan 26 bankdan 13-də qeyri-faiz xərcləri 10-40 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər