Digər
162

Gürcüstanlı nazir: “Larinin məzənnəsi daha da möhkəmlənəcək”

Gürcüstanlı nazir: “Larinin məzənnəsi daha da möhkəmlənəcək”

“İqtisadi inkişaf deməyə əsas verir ki, larinin məzənnəsi daha da möhkəmlənəcək”.

“Renkinq” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı dayanıqlı olduğundan hər hansı bir ciddi problemlə üzləşmir: “Bu günlərdə larinin məzənnəsinin güclənməsini müşahidə edirik. Bu, bizim proqnozu təsdiq edir”.

N.Turnava milli valyutanın möhkəmlənməsi üçün Gürcüstan Milli Bankının intervensiyasına ehtiyacın olmadığını vurğulayıb.

Xatırladaq ki, son günlər qonşu ölkədə milli valyutanın ABŞ dolları və avro qarşısında möhkəmlənməsi tendensiyası müşahidə olunur. Bu günə müəyyən edilmiş rəsmi məzənnəyə əsasən, 1 dollar 2,9090 lariyə, 1 avro isə 3,2622 lariyə bərabərdir. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər