Büdcə
172

Azərbaycanın xarici ticarət dövriyyəsi 25% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 25% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 20,701 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% çoxdur.

7 aylıq xarici ticarət dövriyyəsinin 12,268 milyard dolları ixracın, 8,434 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 14,15%, idxal isə 46% artıb.

Son nəticədə xarici ticarətdə 3,834 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 22,9% azdır.

Bölmədən olan bütün xəbərlər