Bankçılıq
239

Azərbaycanda 14 bankın faiz xərcləri azalıb

Azərbaycanda 14 bankın faiz xərcləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün bu ilin yanvar-iyun aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Access Bank", "Atabank", "Bank Avrasiya", "Nikoyl Bank", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Bank of Baku", "Azərbaycan Beynəlxalq Bankı", "AFB Bank", "Rabitəbank", "Xalq Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank VTB Azərbaycan" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Access Bank"da (8,7%), ən çox azalma isə Pakistan bankında (100%) qeydə alınıb.

Qalan 16 bankın isə faiz xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Günay Bank"da (2 dəfə), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (0,3%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər