Büdcə
147

“Azərbaycan Dəmir Yolları”nın yığılmış zərəri 1 milyard manatı keçib

“Azərbaycan Dəmir Yolları”nın yığılmış zərəri 1 milyard manatı keçib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2017-ci ili 555,543 milyon manat xalis zərərlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 11,85% çoxdur.

Hesabat dövründə səhmdar cəmiyyətinin yığılmış zərəri isə 2 dəfədən çox artaraq 1 103,384 milyon manata çatıb.

2017-ci ildə ADY-nin əməliyyat gəlirləri 384,648 milyon manat, əməliyyat xərcləri 427,596 milyon manat, digər xərcləri 510,286 milyon manat, mənfəət vergisi ödəmələri isə 2,309 milyon manat təşkil edib.

2018-ci il yanvarın 1-nə qurumun aktivləri 3 757,571 milyon manat olub ki, bu da illik müqayisədə 3% çoxdur. İl ərzində səhmdar cəmiyyətinin öhdəlikləri 13,9% artaraq 2 900,728 milyon manat, balans kapitalı isə 22,3% azalaraq 856,843 milyon manat, o cümlədən nizamnamə kapitalı 11% artaraq 806,062 milyon manat olub.

ADY 2018-ci ilin yekunları ilə bağlı maliyyə hesabatını hələ açıqlamayıb.

Bölmədən olan bütün xəbərlər