Büdcə
153

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 28% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 28% artıb

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 478,555 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,7% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 19,8% artaraq 596,928 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 27,4% artaraq 1 693,277 milyon manat, aksizlər üzrə daxilolmalar 73,7% artaraq 162,448 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 25% artaraq 25,903 milyon manat olub.  

Bölmədən olan bütün xəbərlər