Digər
46

Venesuelada illik inflyasiya 264 000%-ə düşüb

Venesuelada illik inflyasiya 264 000%-ə düşüb

Bu ilin iyul ayında Venesualeda qiymətlər 33,8% artıb.

“Renkinq” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (bir palatalı parlament) maliyyə komitəsi məlumat yayıb.

Onun sözlərinə görə, ilin əvvəlinə nisbətən Venesuelada qiymət artımı 1 600%, illik müqayisədə isə 264 000% təşkil edir.

Venesuale son illər ciddi sosial-iqtisadi böhran keçirir. Bu ölkənin milli valyutası – bolivarın kəskin devalvasiyaya məruz qalması ilə nəticələnib. Beynəlxalq Valyuta Fondu bu ilin yekununda Venesuelada inflyasiyanın 10 000 000%-ə çata biləcəyini proqnozlaşdırır. 

Bölmədən olan bütün xəbərlər