Bankçılıq
163

Azərbaycanda 7 bankın əməliyyat xərcləri azalıb

Azərbaycanda 7 bankın əməliyyat xərcləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-iyun aylarındakı əməliyyat xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Xalq Bank", "Access Bank", "AFB Bank", İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Atabank" və "Bank VTB Azərbaycan"dır. Ən az azalma "Xalq Bank"da (1,8%), ən çox azalma isə "Bank VTB Azərbaycan"da (32,9%) qeydə alınıb.

Qalan 23 bankın isə əməliyyat xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Günay Bank"da (56,5%), ən aşağı dinamika isə "Rabitəbank" və "Amrah Bank"da (0,3%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər