Qeyri-bankçılıq
89

"International" BOKT ötən ili zərərlə başa vurub

"International" QSC bank olmayan kredit təşkilatı (BOKT 2018-ci ili 14 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 144 min manat mənfəətlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, ötən il "International"ın gəlirləri 3,535 milyon manat, o cümlədən faiz gəlirləri 3,437 milyon manat, qeyri-faiz gəlirləri 98 min manat, xərcləri 3,184 milyon manat, o cümlədən faiz xərcləri 1,07 milyon manat, qeyri-faiz xərcləri 2,114 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 377 min manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 12 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "International"ın aktivləri 8,609 milyon manat olub ki, bu da illik müqayisədə 51,5% çoxdur. Bunun 6,96 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 29,4% böyüyüb.

Hesabat dövründə "International"ın öhdəlikləri 59,9% artaraq 7,851 milyon manata çatıb, balans kapitalı isə 1,8% azalaraq 758 min manata düşüb.

Bölmədən olan bütün xəbərlər