Sığorta
905
“Azərbaycan Sənaye Sığorta”nın sədri dəyişib

Bakı / 08.08.2019 / Renkinq:
“Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Kamran Babayev vəzifəsini tərk edib.
“Renkinq” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, onu Orxan Əfəndiyev əvəz edib. O, bundan əvvəl “A-Qrup Sığorta” ASC-nin İH-nin sədr müavini olub.
Mənbə: REPORT