Bankçılıq
100

Azərbaycanda 9 bankın qeyri-faiz gəlirləri azalıb

Azərbaycanda 9 bankın qeyri-faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Premium Bank", "AFB Bank", "Azər-Türk Bank", "Turan Bank", "Amrah Bank", "Yapı Kredi Bank Azərbaycan", "Nikoyl Bank", "Günay Bank" və "Zıraat Bank Azərbaycan"dır. Ən az azalma "Premium Bank"da (0,6%), ən çox azalma isə "Zıraat Bank Azərbaycan"da (34,5%) qeydə alınıb.

1 bank - Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısında qeyri-faiz gəlirləri əldə etsə də, ötən ilin eyni dövründə qeyri-faiz zərəri ilə üzləşib, 2 bank - "Access Bank" və "Bank VTB Azərbaycan" isə bu ilin yanvar-iyun aylarında qeyri-faiz zərəri ilə üzləşib, ötən ilin eyni dövründə qeyri-faiz gəlirləri əldə edib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 18 bankın isə qeyri-faiz gəlirləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Bank of Baku"da (2,5 dəfə), ən aşağı dinamika isə "Naxçıvan Bank"da (1%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər