Bankçılıq
126

Azərbaycanda 5 bankın qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur.

"Renkinq" xəbər verir ki, bunlar "Kapital Bank" (76,137 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (64,763 milyon manat), "Bank Respublika" (27,393 milyon manat), "Access Bank" (24,048 milyon manat) və "PAŞA Bank"dır (21,34 milyon manat).

Qalan 25 bankdan 2-də qeyri-faiz gəlirləri 10-20 milyon manat arasında, 20 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır. 1 bank Pakistan Milli Bankının Bakı filialı isə qeyri-faiz zərəri ilə üzləşib.

Bölmədən olan bütün xəbərlər