Qeyri-bankçılıq
71

"İnkişaf üçün maliyyə" BOKT ötən ili mənfəətlə başa vurub

"İnkişaf üçün maliyyə" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 1,494 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 269 min manat xalis zərərlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, ötən il "İnkişaf üçün maliyyə"nin gəlirləri 3,477 milyon manat, o cümlədən faiz gəlirləri 871 min manat, qeyri-faiz gəlirləri 2,606 milyon manat, xərcləri 1,799 milyon manat, o cümlədən faiz xərcləri 35 min manat, qeyri-faiz xərcləri 1,764 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 575 min manat, mənfəət vergisi ödəmələri isə 759 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "İnkişaf üçün maliyyə"nin aktivləri 4,382 milyon manat olub ki, bu da illik müqayisədə 20,6% azdır. Bunun 2,935 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 28,7% kiçilib.

Hesabat dövründə "İnkişaf üçün maliyyə"nin öhdəlikləri 50,6% azalaraq 2,57 milyon manata düşüb, balans kapitalı isə 5,7 dəfə artaraq 1,813 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər