Bankçılıq
144

Azərbaycanda 9 bankın faiz gəlirləri azalıb

Azərbaycanda 9 bankın faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-iyun aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Xalq Bank", "Yapı Kredi Bank Azərbaycan", "Nikoyl Bank", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Atabank", "AFB Bank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialındadır. Ən az azalma "Xalq Bank"da (0,2%), ən çox azalma isə Pakistan bankında (54,7%) qeydə alınıb.

Qalan 21 bankın isə faiz gəlirləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Unibank"da (96,7%), ən aşağı dinamika isə "Bank of Baku"da (0,1%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər