Bankçılıq
102

Azərbaycanda 7 bankın əməliyyat gəlirləri azalıb

Azərbaycanda 7 bankın əməliyyat gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-iyun aylarındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Bank Avrasiya", "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Atabank", "AFB Bank" və Pakistan Milli Bankının Bakı filialındadır. Ən az azalma "Bank Avrasiya"da (2,3%), ən çox azalma isə Pakistan bankında (57,3%) qeydə alınıb.

1 bankın - "Bank VTB Azərbaycan" bu ilin I yarısında əməliyyat gəlirləri əldə etsə də, ötən ilin eyni dövründə əməliyyat zərəri ilə üzləşib, odur ki, bu maliyyə qurumunun maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 22 bankın isə əməliyyat gəlirləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Bank Respublika"da (2 dəfə), ən aşağı dinamika isə "Günay Bank"da (3,2%) qeydə alınıb. 

Bölmədən olan bütün xəbərlər