Bankçılıq
217

“Bank VTB Azərbaycan” ödəniş kartları üzrə aksiyaya start verib

“Bank VTB Azərbaycan” ödəniş kartları üzrə aksiyaya start verib

“Bank VTB Azərbaycan” ASC “Mastercard Black Edition” kartlarının istifadəçiləri üçün aksiyaya başlayıb. Akisyanın şərtlərinə əsasən, sentyabrın 18-nə qədər kart vasitəsilə azı 500 manat dəyərində aviabilet alanlar “Lounge Key” proqramı üzrə istənilən hava limanının biznes-zallarına 2 pulsuz giriş əldə edir.

“Lounge Key” dünyanın bir çox şəhərlərinin, o cümlədən Bakının hava limanında  mövcud olan 1000-dən çox biznes-zallarından istifadə imkanı verən beynəlxalq xidmətdir. Proqram sayəsində istifadəçi, aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq yüksək rahatlıq üçün hər bir şəraitlə təmin olunmuş zaldan yararlana bilir.

“Bank VTB Azərbaycan”ın “Mastercard Black Edition” premium kartı geniş çeşiddə imtiyazlara sahibdir. Bura hava limanlarında özəl xidmət, səyahət edənlər üçün təcili tibbi xərclər, qış idman növləri, reysin gecikməsi və digər xərcləri əhatə edən sığorta proqramı, konsyerj və digər xidmətlər daxildir.

Kart müştərilərə dörd valyutada – manat, rubl, dollar, avroda  əməliyyatlar həyata keçirməyə imkan verir. Belə olan halda konvertasiyaya görə komissiya nəzərdə tutulmayıb. Kartın bütün hesabları üçün xaricdə 100 manatdan (və ya xarici valyuta ekvivalenti) artıq nağdsız əməliyyat zamanı 1% məbləğində “Cash Back” bonus proqramı nəzərdə tutulub.

Bölmədən olan bütün xəbərlər