Bankçılıq
284

HSBC-nin baş direktoru vəzifəsini tərk edib

HSBC-nin baş direktoru vəzifəsini tərk edib

Dünyanın və Böyük Britaniyanın aparıcı bank qrupu - HSBC-nin baş direktoru Con Flint vəzifəsindən istefa verib. 

"Renkinq" xəbər verir ki, o, həmçinin holdinqin Müşahidə Şurasındakı vəzifəsini də tərk edib. 

Məsələ ilə bağlı HSBC-nin açıqlamasında isə bildirilir ki, "getdikcə çətinləşən və problemli" qlobal mühitdə rəhbər dəyişikliyinə ehtiyac var. C.Flint isə Bankın maliyyə göstəricilərinin qənaətbəxş olduğunu bildirib. Qeyd edək ki, bu ilin I yarısında HSBC-nin vergiyəqədərki mənfəəti 12,4 milyard ABŞ dolları v yaxud 10,2 milyard funt sterlinq təşkil edib ki, bu da illik müqayisədə 15,8% çoxdur. 

HSBC-yə müvəqqəti olaraq 2015-ci ildən “Global Commercial Banking”ə rəhbərlik edən və 32 ildir bu şirkətdə çalışan Noel Kuin rəhbərlik edəcək. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər