Bankçılıq
214

Azərbaycanda 6 bank zərərlə işləyir

Azərbaycanda 6 bank zərərlə işləyir

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-sı bu ilin I yarısını zərərlə başa vurub.

"Renkinq" xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Amrah Bank", "Muğan Bank", İran Milli Bankının Bakı filialı, və "Access Bank"dır. Zərərliliyin ən yüksək həddi "Access Bank"da (86,53 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (252 min manat) qeydə alınıb.

Qalan 24 bank isə 2019-cu ilin yanvar-iyun aylarından mənfəətlə çıxıb. Ən çox mənfəət əldə edən bank "Azərbaycan Beynəlxalq Bankı" (300,34 milyon manat), ən az mənfəət əldə edən bank isə "Atabank" (149 min manat) olub.

Bölmədən olan bütün xəbərlər