İnvestisiya
159

Bu ilin I yarısında Azərbaycanda 1,383 milyard manatlıq səhm və korporativ istiqraz qeydiyyata alınıb

Bu ilin I yarısında Azərbaycanda 1,383 milyard manatlıq səhm və korporativ istiqraz qeydiyyata alınıb

Bu ilin yanvar-iyun aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası 8 848,5 milyon manatlıq 102 qiymətli kağızı dövlət qeydiyyatına alıb.

“Renkinq” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,8% və 7,4% çoxdur.

Hesabat dövründə 1 262,6 milyon manatlıq 64 səhm qeydiyyatdan keçirilib. Bu, illik müqayisədə müvafiq olaraq 2,1 dəfə və 82,9% çoxdur. Yeni səhmlərin 7-si və yaxud 384,8 milyon manatlıq hissəsi kredit təşkilatlarına, 3-ü və yaxud 58,9 milyon manatlıq hissəsi sığorta şirkətlərinə, 54-ü və yaxud 818,8 milyon manatlıq hissəsi digər təşkilatlara məxsus olub. Xatırladaq ki, ötən ilin eyni dövründə 7 kredit təşkilatı 357 milyon manatlıq, 2 sığorta şirkəti 50,8 milyon manatlıq, 26 digər təşkilat isə 199,4 milyon manatlıq səhmi qeydiyyata aldırıb.

Bu ilin I yarısında 120,4 milyon manatlıq 10 korporativ istiqraz da qeydiyyatdan keçirilib. Bu, illik müqayisədə müvafiq olaraq 67,75% çox və 85,9% azdır. Yeni istiqrazların 2-si və yaxud 39,2 milyon manatlıq hissəsi kredit təşkilatlarına, 8-i və yaxud 81,2 milyon manatlıq hissəsi isə digər təşkilatlara məxsus olub. Xatırladaq ki, ötən ilin eyni dövründə 23 kredit təşkilatı 2,2 milyon manatlıq, 8 digər təşkilat isə 849,3 milyon manatlıq istiqrazı qeydiyyata aldırıb.

Üç ay ərzində qeydiyyata alınmış qiymətli kağızların 28-i və yaxud 7 466 milyon manatlıq hissəsi isə dövlət qurumlarına məxsus olub. Bu, illik müqayisədə müvafiq olaraq 16,7% və 12% çoxdur. Dövlətə məxsus qiymətli kağızların 2-si və 700 milyon manatlıq hissəsi Maliyyə Nazirliyinin (MN) istiqrazları, 26-sı və yaxud 6 766 milyon manatlıq hissəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) notları olub. Xatırladaq ki, ötən ilin eyni dövründə MN 900 milyon manatlıq 1 istiqrazı, AMB isə 5 500 milyon manatlıq 24 notu qeydiyyata aldırıb.

Bir il bundan əvvəl MN-ə məxsus 350 milyon manatlıq 3 veksel qeydiyyatdan keçirilsə də, bu ilin yanvar-iyun aylarında nazirlik veksel buraxmağa qərar verməyib. Həmçinin ötən ilin eyni dövründə digər təşkilatlara məxsus 1,3 milyon manatlıq 1 veksel qeydiyyatdan keçirilsə də, bu ilin I yarısında bu sahədə yenilik olmayıb. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər