İnvestisiya
77

Azərbaycanın qiymətli kağızlar bazarı 34% kiçilib

Azərbaycanın qiymətli kağızlar bazarı 34% kiçilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 8 176,3 milyon manatlıq əməliyyat aparılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,3% azdır.

Hesabat dövründə qiymətli kağızlar bazarının 6 957,5 milyon manatlıq hissəsi ilkin bazarda, 1 218,8 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Bu, illik müqayisədə müvafiq olaraq 7,05% çox və 79,5% azdır.

*** 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın korporativ qiymətli kağızlar bazarında 1 082,5 milyon manatlıq əməliyyat aparılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarının 681,7 milyon manatlıq hissəsi ilkin bazarda, 400,8 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Bu, illik müqayisədə müvafiq olaraq 19,2% çox və 28% azdır.

***

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət qiymətli kağızlar bazarında 6 056 milyon manatlıq əməliyyat aparılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının 6 275,9 milyon manatlıq hissəsi ilkin bazarda, 380,1 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Bu, illik müqayisədə müvafiq olaraq 5,9% və 4,8 dəfə çoxdur. 

***

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın repo və əks-repo əməliyyatları bazarında 437,8 milyon manatlıq əməliyyat aparılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% azdır.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər