Büdcə
172

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 11%-dən çox artırıb

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 11%-dən çox artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 48 403,1 milyon ABŞ dolları təşkil edib.

“Renkinq” xəbər verir ki, bunun 87,7%-i və yaxud 42 463,7 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 12,3%-i və yaxud 5 939,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 2 351,2 milyon dollar və yaxud 5,1% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 2 190,4 milyon dollar və yaxud 5,4%, AMB-nin valyuta ehtiyatlarında isə 160,8 milyon dollar və yaxud 2,8% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 4 854,3 milyon dollar və yaxud 11,15% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 4 427,6 milyon dollar və yaxud 11,6%, AMB-nin valyuta ehtiyatları isə 426,7 milyon dollar və yaxud 7,7% artıb.

 

 

 

 

ARDNF-in valyuta ehtiyatları 
(milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları 
(milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.07.2019

42 463,7

5 939,4

48 403,1

01.04.2019

40 273,3

5 778,6

46 051,9

01.01.2019

38 515,2

5 625,7

44 140,9

01.10.2018

38 987,7

5 534,5

44 522,2

01.07.2018

38 036,1

5 512,7

43 548,8

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər